"The New York Times" səhvini düzəltdi

"The New York Times"  səhvini düzəltdi
  26 İyul 2013    Oxunub:1089
ABŞ-ın "The New York Times" qəzeti Azərbaycanla bağlı dərc olunan məqalədə yol verdiyi səhvi düzəldib.

Bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib.

Məlumata əsasən, Azərbaycanın ABŞ-dakı Səfirliyinin operativ müdaxiləsindən sonra ölkənin "The New York Times" qəzetinin internet saytında hava proqnozu bölümündə Bakının Ermənistanın paytaxtı kimi göstərilməsi ilə bağlı səhv düzəldilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, Azərbaycanın ABŞ-dakı səfirliyinə "The New-York Times” qəzetində Azərbaycanla bağlı dərc olunan məqalədə yol verilən səhvin düzəldilməsi barədə təlimat verilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti