Hava yenidən pisləşəcək - Xəbərdarlıq

Hava yenidən pisləşəcək - Xəbərdarlıq
  01 İyun 2016    Oxunub:1954
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
ETSN-in Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, iyunun 2-də Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında - iyunun 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti