Hacı Əbdülrəhimbəy məscidi sökülməyəcək

Hacı Əbdülrəhimbəy məscidi sökülməyəcək
  01 İyun 2016    Oxunub:2118
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, Bakının Yasamal rayonundakı ("Sovetski" adlandırılan məhəllə) bəzi yaşayış və qeyri-yaşayış obyektləri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılıb.

Həmin obyektlər sırasında Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən 1908-ci ildə inşa edilmiş Hacı Əbdülrəhimbəy məscidi də qeyd olunub.

AzVision.az xəbər verir ki, sakinlərin etirazlarından sonra tarixi binanın söküntüsü dayandırılıb.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayev AzVision.az-a məlumatı təsdqləyib.

Bildirib ki, məscid yalnışlıqla yaşayış yeri kimi reyesterə daxil edilib.

Qeyd edək ki, söküləcək digər yaşayış və qeyri-yaşayış obyektləri
bunlardır:

- Şollar su kəmərinin su yayma qülləsi XIX əsrin sonu, S.Rəhimov və A.Şaiq küçələrinin tini;

- Yaşayış evi 1914-cü il, Zərgərpalan küçəsi, 43;
- Yaşayış evi 1900-cü il, S.Rəhimov küçəsi, 44;
- Yaşayış evi 1900-cü illər, M.Sübhi küçəsi, 48;
- Yaşayış evi 1903-cü il, M.Sübhi küçəsi, 60;
- Yaşayış evi 1900-cü il, M.Sübhi küçəsi, 61;

- Yaşayış evi 1902-ci il, M.Sübhi küçəsi, 65;
- Yaşayış evi 1907-ci il, M.Sübhi küçəsi, 67;
- Yaşayış evi 1916-cı il, M.A.Əliyev küçəsi, 102;
- Yaşayış evi 1900-cü il, M.A.Əliyev küçəsi, 115;
- Yaşayış evi 1900-cü il, M.A.Əliyev küçəsi, 124;
- Yaşayış evi 1890-cı il, M.A.Əliyev küçəsi, 126;
- Yaşayış evi 1915-ci il, M.Fətəli küçəsi, 13;
- Yaşayış evi 1900-cü il, M.Fətəli küçəsi, 25;
- Yaşayış evi 1900-cü il, M.Fətəli küçəsi, 43;
- Yaşayış evi 1909-cu il, M.Fətəli küçəsi, 45;
- Yaşayış evi 1902-ci il, M.Fətəli döngəsi, 18;
- Hamam 1888-ci il, M.Muxtarov küçəsi, 83;
- Yaşayış evi 1892-ci il, Ç.Mustafayev küçəsi, 53;
- Yaşayış evi 1885-ci il, Ç.Mustafayev küçəsi, 57-59;
- Yaşayış evi 1896-cı il, Ç.Mustafayev küçəsi, 69;
- Yaşayış evi 1892-ci il, Ç.Mustafayev küçəsi, 89.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti