Eldar Namazov İbrahimbəyov - Putin görüşündən xəbərsizdir

 Eldar Namazov İbrahimbəyov - Putin görüşündən xəbərsizdir
  26 İyul 2013    Oxunub:1188
"Ən yaxşısı bunu elə Putinin özündən dəqiqləşdirmək olar".
"Yeni Musavat" qəzetinin verdiyi məlumata görə, Milli Şurasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya prezidenti Vladimir Putinlə görüşü hazırlanır. Görüşün həftə sonu - iyulun ya 27-də, ya da 28-də reallaşması planlaşdırılır. Vladimir Putinin Rusiya vətəndaşlığından Azərbaycandakı prezident seçkilərinə qatılmaq üçün imtina edən İbrahimbəyovu dinləyəcəyi deyilir.

AzVision.az məsələni dəqiqləşdirmək üçün Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov ilə əlaqə saxlayıb. İcra Aparatının rəhbəri bildirib ki, İbrahimbəyovun Putinlə görüşü haqqında heç bir məlumatı yoxdur.

"Onların görüşü ilə bağlı heç bir məlumatım yoxdur. Ən yaxşısı bunu elə Putinin özündən dəqiqləşdirmək olar"-deyə E.Namazov qeyd edib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti