Tələbələrin təqaüdləri niyə verilmir?
BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Pənahov AzVision.az-a açıqlamasında faktı qismən təsdiqləyib.
“Aprel ayının təqaüdlərində gecikmə yoxdur. Amma IV kurs tələbələri may ayının 29-da sonuncu imtahanı veriblər və onların imtahan nəticələri Təqaüd komissiyasında təhlil olunur. Məhz buna görə bütün IV kursların universitet üzrə təqaüdləri verilməyib. Onların təqaüdləri iyun ayının ilk on günlüyünə qədər veriləcək”-deyə Məzahir Pənahov bildirib.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


