İsmayıllıda yol çöküb

İsmayıllıda yol çöküb
  01 İyun 2016    Oxunub:1698
İsmayıllı rayonu Basqal-Sulut avtomobil yolunda baş vermiş sürüşmə ərazisinə alternativ yolun çəkilişi işlərinə başlanılıb.
"Azəravtoyol" ASC-dən AzVision.az -a verilən məlumata görə, yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasını kənardan keçəcək. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınmış sürüşmə nəticəsində yolun təqribən 100-150 metrlik hissəsi çöküb. Sürüşmə yolun keçdiyi dağ yamacında böyük bir ərazini əhatə edir.

Uzunluğu 13 km, eni isə təqribən 4-5 metr olan Basqal-Sulut yolu çınqıl örtüklüdür.

AzVision.az


Teqlər:  





Xəbər lenti