İyunun 6-dan imtahanlar başlayır

İyunun 6-dan imtahanlar başlayır
  02 İyun 2016    Oxunub:1639
6-10 iyun tarixlərində 10.00-13.00 və 17.00-19.00 saatlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bədən tərbiyəsi və idman" ixtisası üzrə bu təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün sınaq qabiliyyət imtahanları keciriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında baş tutacaq. Qeyd edək ki, sınaq imtahanları abituriyentlər üçün ödənişsizdir. Sınaq imtahanları zamanı abituriyentlər Akademiaynın atletika və gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyyələr, məsləhətlər ala biləcəklər.

Abituriyentlər imtahan normativləri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti