TQDK jurnalistləri mükafatlandıracaq

  26 İyul 2013    Oxunub : 512
TQDK jurnalistləri mükafatlandıracaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) jurnalistlər üçün yazı müsabiqəsi elan edib.
AzVİsion.az xəbər verir ki, müsabiqə iki nominasiya üzrə aparılacaq.

TQDK sədri Məleykə Abbaszadə bildirib ki, jurnalistlər bunu mətbuat gününə onlar üçün hədiyyə kimi qəbul etsinlər.

Müsabiqənin şərtləri ilə bağlı TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib: “Bu ilki müsabiqə iki nominasiya üzrə aparılacaq. 2013-2014-cü təhsil ili üzrə qəbulun gedişi ilə bağlı ən yaxşı məqalə və reportaj müəlliflərinə mükafat veriləcək. Məqalələr qiymətləndirilərkən təhlilə diqqət yetirləcək. Reportajlar televiziya və ya radio reportajı kimi də təqdim oluna bilər”.

E.Nağızadə deyib ki, müsabiqədə iştirak etmək istəyənlər məqalələrini və ya reportajlarının olduğu diskləri TQDK-ya təqdim etməlidirlər:

“Müsabiqə nəticəsində birinci yerin qalibləri 1000 manat, ikinci yer 800 manat, üçüncü yerin qalibi isə 600 manat pul mükafatı alacaq. Müsbaiqə üçün təqdim olunan məqalə və reportajlarda materialın TQDK-nın keçirdiyi müsabiqə üçün təqdim olunduğunu qeyd etmək vacib deyil”.


Fatimə KƏRİMLİ

Teqlər: