ABŞ-da hər 12 kişidən biri `gey`dir - İddia

ABŞ-da hər 12 kişidən biri `gey`dir - İddia
  02 İyun 2016    Oxunub:2924
ABŞ alimləri müəyyən edib ki, hər 12 amerikalıdan biri geydir.
Bu barədə AzVision.az “Life.ru”ya istinadən xəbər verir.

Məlumata əsasən üç ABŞ universitetinin (Floridanın Atlantik Universiteti, San-Dieqo Dövlət Universiteti və Vaydener Universiteti) alimləri 1973-2014-cü illər ərzində aparılan araşdırmaları nəzərdən keçirərək bu qənaətə gəliblər ki, eynicinsli əlaqələrin sayı iki dəfə, cəmiyyətin belə münasibətlərə reaksiya göstəricisi isə dörd dəfə artıb.

Alimlər 40 mindən çox insan arasında sorğu keçirib. Sorğunun nəticələri göstərib ki, öz cinsindən olan şəxslərlə əlaqəyə girən kişilərin sayı 4,5%-dən 8,2%-ə çatıb. Eynicinsli əlaqədə olan qadınların sayı 3,6%-dən 8,7%-ə yüksəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti