13 min 559 nəfər texnikuma sənəd verib

13  min 559 nəfər texnikuma sənəd verib
  26 İyul 2013    Oxunub:1033
“9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu başlayıb. Avqustun 15-ə qədər davam edəcək”.
Bunu jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, indiyə qədər 13 min 559 nəfər sənəd verib: “Onlar yalnız internet vasitəsilə sənəd verib. Onlardan 13 496-sı Azərbaycan, 63 nəfəri isə rus bölməsinin məzunlarıdır”.

TQDK sədri vurğulayıb ki, “Abituriyent” jurnalının 4-cü sayında rus bölməsini bitirən abituriyentlər üçün lazımi məlumatlar dərc edilmədiyindən onlar sənəd verə bilməyib: “Biz dərhal Təhsil Nazirliyi ilə əlaqə saxladıq və əlavə vərəq kimi jurnalın dördüncü sayına əlavə edildi”.

Fatimə


Teqlər:





Xəbər lenti