`Rembo` ləqəbli yaralı hərbçimizdən xəbər var - FOTO

`Rembo` ləqəbli yaralı hərbçimizdən xəbər var - FOTO
  02 İyun 2016    Oxunub:7595
Millət vəkili Aydın Mirzəzadə aprel döyüşlərində ağır yaralanan “Rembo” ləqəbli döyüşçü Razi Cavadova baş çəkib.
AzVision.az xəbər verir ki, barədə deputat Facebook səhifəsində yazıb.

“Bu gün Mərkəzi Hərbi Hospitalda aprel döyüşlərində ağır yaralanaraq müalicə olunan Mingəçevir sakini Rahim Tağıyevi ziyarət etdim.

Rahim döyüşlərdə qəhrəmanlıqla vuruşub və aprel ayının 4-də başından ağır yaralanıb. Cərrahi əməliyyatlardan sonra reanimasiya dövrü keçir. Ona bütün diqqət göstərilir, onu həm əməliyyat edən və gündəlik nəzarət edən həkim dəfələrlə xaricdə çoxaylıq kurslarda təcrübəsini təkmilləşdirmiş həkimlərimizdəndir.



Palatada Rahimlə birgə yatan bir gizir və bir əsgərlə də söhbət etdim. Əhval-ruhiyyələri yüksəkdir, valideynləri ilə görüşlərinə daim şərait yaradılır. Həmçin qonşu palatada müalicə olunan “Rembo” ləqəbli hərbiiçimizlə də görüşdüm. Müalicəsi yaxşı gedir.

Palatada mənimlə birgə olan baş həkim polkovnik-leytenant Tofiq Tağıyev və tibbi personalla da söhbət etdim. İşlərinə məsuliyyətlə yanaşdıqları hiss edilir. Bir tibb bacısı aprel günlərində öz təşəbbüsü və təkidi ilə düz 27 gün palatalarda ağır yaralıların yanında qalmış və hətta onlara ev yeməyi bişirirmiş.

Sonradan Rahimin ailəsinə zəng edərək onalara ziyarətim və gördüklərim barədə danışdım və yaralının müalicəsinin ciddi nəzarətdə olduğunu söylədim”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti