Son 2 ildə QHT-lərə 95 milyon pul ayrılıb
“Azərbaycan Avropa Şurasının vacib üzvlərindəndir. Vətəndaş cəmiyyəti üçün də bu layihə böyük əhəmiyyət daşıyır. İfadə və sərbəst toplaşmaq azadlığı vətəndaş cəmiyyəti üçün əsasdır. Vətəndaş cəmiyyəti özü də plüralist demokratiyanın inkişafı üçün önəmlidir. Bu layihə vətəndaş cəmiyyəti ilə bağlı geniş planın tərkib hissəsidir. Layihənin birinci məqsədi Azərbaycanda QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlıdır. Azərbaycan qanunvericiliyinin Avropa Şurası standartlarına mümkün qədər yaxınlaşdırmağa çalışacağıq”.
Ədliyyə nazirinin müavini Toğrul Musayev isə bildirib ki, Azərbaycanın Avropa Şurası ilə əlaqələri inkişaf edir. Onun sözlərinə görə, hazırda təqdim edilən “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi hökumətlə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir:
“Azərbaycanda üçüncü sektora dəstək verməyin dövlət siyasətinin əsas istiqamətlərindən biri təşkil edir. Bu sahədə qanunvericilik aktları davamlı olaraq təkmilləşdirilir. 2014-cü il iyunun 1-dən “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib. Az əvvəl qəbul edilmiş Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illər üçün Fəaliyyət Planında da QHT-lərə dəstək əksini tapıb. İnanıram ki, “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin uğurla həyata keçirilməsi QHT-lərin potensialını artıracaq”.
O, əlavə edib ki, son 10 ildə QHT-lərin sayı 2 dəfə artaraq 3 mini ötüb: “Son 2 ildə QHT-lərə 95 milyon manatdan çox vəsait ayrılıb. Qrantların 58 faizi yerli donorlar tərəfindən verilib. Bununla da dövlət və cəmmiyyətin inkişafında QHT-lərin rolu artır. İnarnıram ki, “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi uğurla həyata keçirilməsi QHT-lərin potensialını artıracaq”.
Daha sonra çıxış edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması hökumət və QHT-lər arasında dialoqun təzahürüdür: “Aktiv mətbuat və müstəqil məhkəmə dinamik demokratiyanın ayrılmaz hissələridir. Bu layihə Avropa Şurası, Avropa İttifaqı və digər tərəfdaşların birgə çalışması üçün yaxşı platformadır”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Aİ tərəfindən 17 vətəndaş cəmiyyəti layihəsinə 90 milyon avro xərclənəcək, media, ayrı-seçkilik, yoxsulluğun azaldılması, Azərbaycan cəmiyyətinin inkişafı ilə bağlı layihələr maliyyələşdiriləcək: “2 il vaxtımız var və bu müddətdə ən yaxşı təcrübəni bölüşmək imkanımız olacaq. Əsas məqsədimiz Azərbaycan insanları üçün konkret nəticələrə nail olmaqdır”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


