Naxçıvanla bağlı komitə yaradıldı - Vasif Talıbov sədr oldu

Naxçıvanla bağlı komitə yaradıldı - Vasif Talıbov sədr oldu
  02 İyun 2016    Oxunub:3068
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Təşkilat Komitəsi sədrinin müavini

Əbülfəs Qarayev – mədəniyyət və turizm naziri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri

Təşkilat Komitəsinin üzvləri

Nadir Hüseynov – xarici işlər nazirinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Səyyad Salahlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Aynur Sofiyeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Əsgər Abdullayev – Dövlət Gömrük Komitəsi sədrinin müavini

Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Məmməd Qəribov – Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Azad Cabbarov – Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Dağbəyi İsmayılov – AZƏRTAC-ın baş direktorunun müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Urxan Ələkbərov – Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü

Vasif Eyvazzadə – Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi

Əsgər İsmayılov – Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi

Vüqar Babayev – Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

Təşkilat Komitəsi Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlər planını 3 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti