Cahangir Hacıyevin həbs müddəti uzadıldı
Vəkil həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verdiklərini deyib: “Şikayətə sabah baxılacaq”.
Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


