`Almanlar Türkiyədən üzr istəyəcəklər` - YAP-dan münasibət

`Almanlar Türkiyədən üzr istəyəcəklər` - YAP-dan münasibət
  02 İyun 2016    Oxunub:2042
Xəbər verdiyimiz kimi, bu gün Almaniya Bundestaqında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edilib.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu qərar Almaniyanın müasir dövrünün ən böyük səhvidir:

“Nə zamansa gələcək alman nəsilləri bu səhvə görə Türkiyədən üzr istəyəcəklər. Əslində qərar qardaş Türkiyənin müstəqil siyasətinə təzyiq formasıdır və məqsəd Türkiyənin birləşmiş Avropaya yolunu kəsməkdir. Qərarın qəbulunda ən ağrıdıcı məqam qondarma “erməni soyqırımı” iddialarının fəal dəstəkçilərindən birinin Yaşıllar Partiyasının lideri milliyətcə türk olan Özdemirin olması və qərarın lehinə səs verməsidir. Türk oğlu Özdəmir öz xalqına çirkab atanlardan biri oldu, o siyasi karyerasını milli kökündən və anasının ruhundan üstün tutdu. Görünür, vaxtında kimlərsə ona şərəfin hər şeydən üstün olduğunu deməyi unudublar”.

AzVision.az


Teqlər:  





Xəbər lenti