Prezidentə təbriklər gəlməkdə davam edir

Prezidentə təbriklər gəlməkdə davam edir
  03 İyun 2016    Oxunub:1105
Tailand Kralı Bhumibol Adulyadej Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqına tərəqqi və rifah arzulayıram".

***

Albaniya Respublikasının Prezidenti Buyar Nişanidən: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına inkişaf və firavanlıq arzulamaqdan şərəf duyuram.

Bu il martın 11-də Bakıda Zati-alinizlə görüşümüzü məmnunluqla xatırlayıram. Həmin görüşdə ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirərək, onları daha da möhkəmləndirmək niyyətimizi vurğulamışdıq. Əminəm ki, Sizin Albaniyaya səfəriniz ikitərəfli əlaqələrimizdə yeni, daha əlamətdar bir mərhələnin əsasını qoyacaq.

Fürsətdən istifadə edərək, Azərbaycanın və şəxsən Sizin energetika sektorunda, eləcə də TAP boru kəməri layihəsində Albaniyaya göstərdiyiniz dəyərli dəstəyə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin".

***

Myanma İttifaqı Respublikasının Prezidenti Thin Cjodan: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Myanma xalqı adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının əbədi tərəqqisi üçün ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin".

***

Sloveniya Respublikasının Prezidenti Borut Pahordan: "Zati-aliləri. İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edim və ölkənizin hərtərəfli inkişafı və tərəqqisi naminə ən xoş arzularımı çatdırım.

Biz hələ də Sizin və çox hörmətli xanımınızın 2011-ci il iyunun 9-10-da Sloveniya Respublikasına səfərinizi böyük məmnuniyyətlə xatırlayırıq. Birbaşa danışıqlar aparmaq üçün şərait yaradan bu səfər ölkələrimiz arasında dostluq münasibətlərini və tərəfdaşlığı möhkəmləndirdi. Sloveniya ilə Azərbaycan arasında genişlənən bu münasibətlər hərtərəfli əlaqələrin dərinləşməsinə, dünyada sülhün, sabitliyin və anlaşmanın güclənməsinə töhfə verəcək.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

***

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Susadan: "Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə təbriklərimi çatdırır və Sizə şəxsi həyatınızda xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".

AzVision.az


Teqlər:  





Xəbər lenti