Gültəkin Hacıbəyli İsa Qəmbərlə toqquşdu

Gültəkin Hacıbəyli İsa Qəmbərlə toqquşdu
  26 İyul 2013    Oxunub:2531
“Başqa bir namizədlə seçkiyə getmək bəribaşdan məğlubiyyətlə barışmaq deməkdir”.

Son günlər Milli Şuranın vahid namizəd məsələsi ətrafında yaranan polemikalara Şuranın Beynəlxalq Komissiyasının sədri Gültəkin Hacıbəylinin münasibəti birmənalı qarşılanmayıb. Kənar diskussiyalar gəlincə isə, Gültəkin Hacıbəyli bunun daha çox iki məqamdan qaynaqlandığını deyib:

“Birincisi, vətəndaşlıq məsələsilə bağlı məqam, ikincisi isə Rüstəm bəyin hal-hazırda Azərbaycanda olmamasından doğan əndişə. Mən bu narahatlıqları dilə gətirən dostlarımızı anlayıram. Ancaq düşünürəm ki, Rüstəm bəyin Rusiya vətəndaşlığına xitam verilməsindən sonra və onun Bakıya qədəm qoyduğu andan bu narahatlıqlar tam şəkildə aradan qalxmış olacaq. O andan etibarən, əlavə, ehtiyat və s. namizəd məsələləri ətrafında spekulyasiyaları cəmiyyətə də qəbul etdirmək çətin olacaq. Milli Şura özünün yekdiliklə seçdiyi vahid namizədini qeydə aldırmaq gücündə olmayacaqsa, seçki prosesinin demokratikliyini necə təmin edə bilər? Mərkəzi Seçki Komissiyasında öz imzasını, öz səsini qoruya bilməyən bir qurum ölkəboyu xalqın səsini necə qoruyacaq və xalq belə bir qüvvəyə güvənərmi? Vahid namizədin qeydiyyatına nail ola bilməyən demokratik qüvvələr ehtiyat namizədin qələbəsini necə reallaşdıracaq? Demokratik qüvvələrin vahid namizədinin qeydiyyata alınmaması bəri başdan seçki prosesinin legitimliyinə kölgə salacaq və hakimiyyətin ciddi seçim imkanı, alternativi olmayacağı təqdirdə bu səhvi edəcəyini düşünmürəm. Geri çəkilərək başqa bir namizədlə seçkiyə getmək cəmiyyətin dəstəyindən məhrum olmaq və bəribaşdan, məğlubiyyətlə barışmaq deməkdir. Bu mənim mövqeyimdir. Rüstəm bəyin Rusiya vətəndaşlığına xitam veriləcəyi və tezliklə Azərbaycana qayıdacağı şərtilə bu mövqeyimdə qətiyəm: Ya Rüstəm Ibrahimbəyov, ya da Rüstəm Ibrahimbəyov!”.

Böyük ehtimalla sabiq deputatın son sözləri öz namizədliyini ehtiyat variant kimi saxlayan Müsavat başqanı İsa Qəmbərə ünvanlanıb.


Teqlər:  





Xəbər lenti