Millimiz Kanada yığması ilə qarşılaşacaq

Millimiz Kanada yığması ilə qarşılaşacaq
  03 İyun 2016    Oxunub:1516
Bu gün Azərbaycan milli komandası Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Kanada yığması ilə qarşılaşacaq.
AzVision.az-ın məlumatına görə, bu milli komandamızın hazırlıq prosesində sonuncu yoldaşlıq görüşü olacaq. Milli komandamız bundan öncə iki yoldaşlıq görüşü keçirib. Andorra ilə heç-heçə edən millimiz ardınca Makedoniyaya məğlub olub - 1:3.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da başlanacaq görüş Avstriyada təşkil olunmuş təlim-məşq toplanışında sonuncu yoldaşlıq oyunu olacaq. Qarşılaşmanı isveçrəli FIFA referiləri idarə edəcək

AzVision.az


Teqlər:





Xəbər lenti