Bu günki qəzetlərdən maraqlı seçmələr

Bu günki qəzetlərdən maraqlı seçmələr
  23 Fevral 2013    Oxunub:1739

Zerkalo


Власти против?

Заместитель главы Администрации президента Новруз Мамедов прокомментировал журналистам информацию об инициативе бывшего президента “АзерРос” Союна Садыкова провести встречу между представителями азербайджанской и армянской общин в Москве. “Мы не признаем подобных переговоров, и они не имеют права вести их”, – заявил высокопоставленный чиновник. Новруз Мамедов отметил, что азербайджанское правительство не давало ни одной диаспоральной структуре полномочий вести переговоры с армянской стороной.

Курение в сериалах тоже реклама

22 февраля состоялось очередное пленарное заседание Милли Меджлиса. В повестку дня было включено обсуждение 17 вопросов. В ходе пятничного парламентского заседания было предложено внести в официальный протокол посещение мемориала в память о жертвах в Ходжалы. Данное предложение озвучил депутат Эльман Мамедов. В течение дня на заседании Милли Меджлиса было обсуждено дополнение нового пункта в закон “О рекламе”. Об этом сообщил председатель Комитета по экономической политике ММ Зияд Самедзаде. Милли Меджлис Азербайджана также внес изменения в статью закона “О свободе вероисповедания”.


Yeni Müsavat


“Xocalı aeroportu vurulsun!”

Xocalı aeroportunun açılması, Ermənistan ilə Dağlıq Qarabağ arasında əlaqələrin və mülkü əhali ilə təmasların qurulması üçün hava uçuşlarının həyata keçiriləcəyi barədə mətbuatda tez-tez fikirlər səslənir. Bəzi siyasətçilər isə Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını əsas gətirərək Ermənistandan Xocalı aeroportuna uçacaq istənilən təyyarənin vurulacağı haqda bəyanatlar verirlər. Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə belə bəyanatların sülhün, barışın tərəfdarı olan ölkəmizin mənafeyinə uyğun olmadığını deyir.

YAP-la müxalifət arasında “atışma”

“Müxalifət seçkilərdə heç vaxt qalib gəlməyib. 1993-cü ildən bəri bələdiyyə, parlament, prezident seçkilərində həmişə məğlub olublar. Azərbaycan cəmiyyəti bu insanları tanıyır. Dünya praktikasında belədir ki, bir dəfə uduzan namizəd ikinci dəfə seçkilərə qatılmır”. Bu sözləri “Yeni Azərbaycan” qəzetinə müsahibəsində YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, İsa Qəmbər həmişə seçkilərdə 2-3% səs toplasa da, yenidən iştirak edir. AXCP sədrinin müavini Gözəl Bayramlı açıqlamasında bildirdi ki, Siyavuş Novruzov ünvanı səhv salıb. Azərbaycan cəmiyyətində Yeni Azərbaycan Partiyası adlı bir partiyanın 2-3 faiz nüfuzu belə yoxdur.

Şeyxi Qafqazdan vurub çıxarırlar

Rusiyadan az qala hər gün Azərbaycana və onun hakimiyyətinə qarşı müəyyən planlardan xəbər verən informasiyalar gəlir. Təşkilat bu dəfə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadəyə qarşı kəskin yazı ilə çıxış edib və onun Şimali Qafqazdakı fəaliyyətinin qarşısının alınmalı olduğunu bildirib. “Siyasi alət Paşazadə” adlı sonuncu yazıda isə QMİ rəhbərinin fəaliyyətindən bəhs olunur. Orada deyilir ki, Azərbaycan rəhbərliyi öz maraqlarını həyata keçirmək üçün geniş çeşiddə alət və vasitələrdən istifadə edir. Bu arsenalda A.Paşazadə heç də sonuncu yeri tutmur. Məqalədə Azərbaycanda azlıqda olan sünnilərin son illərdə sıxışdırıldığı da iddia edilir. Bildirilir ki, bu problem barədə Rusiya müftiləri şurasının rəhbəri Ravil Qaynutdin də çıxış edib, Azərbaycanın Rusiyadakı səfirinə məktub göndərib, ancaq cavab almayıb.


Gündəm Xəbər


“Azəriqaz” şefinə qarşı şok iddialar

«Azəriqaz» QSC-yə rəhbərlik edən Əkbər Hacıyevin diplomu saxtadır. Mənbənin sözlərinə görə, Rövnəq Abdullayev 2005-ci ilin parlament seçkilərindən sonra hakimiyyətin yuxarı eşalonuna qədəm basma fürsəti əldə edir və nəticədə Bakı Neft Emalı Zavodunun rəhbərliyinin Dövlət Neft Şirkətinin prezidenti postuna gətirilir. Və bununla da özünün yaxın ətrafına da gün ağlamağı məqsəd edən ARDNŞ prezidenti yaxın dostlarından biri olan Əkbər Hacıyevi də özü ilə bərabər «yuxarılara» dartmaq niyyətinə düşür. Amma orta məktəb təhsilli Əkbər Hacıyevin yüksəlişində əngəl olan ali təhsil almaması faktı da bu zaman aradan qaldırılır. Belə ki, saxta yolla «Sankt-Peterburq İnşaat Mühəndislər İnstitutu» adlı ali məktəbin diplomu ilə Əkbər Hacıyev ilk əvvəl ARNŞ-də yüksək vəzifəyə gətirilir və sonradan «Azəriqaz» a rəhbər təyin olunur. Mənbəmizin bildirdiyinə görə, Əkbər Hacıyevin guya ki 1993-cü ildə məzun olduğu «Sankt-Peterburq İnşaat Mühəndislər İnstitutu» adında ali tədris ocağı ümumiyyətlə mövcud deyil.


Unikal


Arif Əsgərov niyə işdən getmək istəyir?

“Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində dəyişiklik olub. Belə ki, qurumun rəhbəri Arif Əsəgərov gözlənilmədən vəzifəsindən uzaqlaşmaq istəyir. Arif Əsgərov səlahiyyətlərə malik olmamasını həzm edə bilmədiyindən vəzifəsindən uzaqlaşmaq arzusundadır. Onun bu istəyinin qısa bir vaxtda müsbət cavablandırılaçağı gözlənilir.


Gündəlik Bakı


Oqtay Şirəliyevin “korrupsiyaya qarşı mübarizəsi”

Yazıda qeyd olunur ki, Azərbaycan səhiyyəsində rüşvət baş alıb gedir. Prezident az qala hər dəfə çıxışında deyir ki, həkimlərin bilik səviyyəsi aşağıdır və yüksəldilməlidir. Amma səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı heç bir iş görmür. Martın 18-də keçiriləcək həkimlərin işə qəbulu imtahanının isə şəffaf olmayacağı dəqiqdir və bu nazirin gəlir sahələrinin genişləndirilməsi üçün onun atdığı növbəti addımdır.




Teqlər:





Xəbər lenti