`Vəsaitlər boş-boşuna istifadə olunanda...` - Nazim İbrahimov

`Vəsaitlər boş-boşuna istifadə olunanda...` - Nazim İbrahimov
  03 İyun 2016    Oxunub:2324
“Yaxın zamanlarda dünyanın əksər ölkələrinin aparıcı media qurumlarında söz sahibi olacağıq”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, hazırda diasporumuz xarici media qruluşlarının informasiya siyasətinə təsiri zəifdir: “Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın ermənilərlə müqayisədə təbliğat işində geri qalmasının səbələrini açıqladı. Əlbəttə ki, dünyanın müxtəlif ölkələrində həqiqətən də erməni əsilli jurnalistlər, yaxud Ermənistana yaxın insanlar çox çalışırlar. Rusiyanın əksər televiziyalarında efirə gedən tok-şouların aparıcıları və eksperləri ermənilərdir. Amma, Azərbaycandan bir-iki nəfər var. Bu onu göstərir ki, bizim xarici media quruluşlarında çalışan həmyerlilərimiz azdır. Yəni, bizim diaspora fəallarımızın media quruluşlarında çalışması və onların informasiya siyasətinə təsir zəifdir. Bu, tarixi bir haldır. Yəni, erməni diasporu yüz il ərzində orada yaşayaraq qarşılarına məqsəd qoymuşdularsa, biz bunu 2001-ci ildə Dünya Azərbaycanlılarının Birinci Qurultayından verdiyi istiqamətlərlə gedirik. Bizə zaman lazımdır. Hesab edirəm ki, bu zaman uzaqda deyil və yaxın vaxtlar ərzində dünyanın əksər ölkələrinin aparıcı media qruluşlarında müəyyən səsə, sözə sahib olacağıq”.

N.İbrahimov bildirib ki, dövlətin diaspora təşkilatlarına dövlət hərtərəfli dəstək verir: “Dünən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə diaspor təşkilatlarına yardım məqsədi ilə 3 milyon manat ayırıb. Bu heç də son demək deyil. Yəni, gələcəkdə hər hansı bir fəaliyyət üçün gərəkli vəsaiti prezident ayırmağa hazırdır. Hər zaman istədiyimiz vəsait verilib. Dövlətin hərtərəfli dəstəyi var. Biz işimiz elə səviyyədə qurmalıyıq ki, lazım olan vəsaiti ala bilək. Lakin boş-boşuna, səmərəli olmayan vəsaitlər istifadə olunanda diaspora işi geriyə gedir. Çünki, diaspora içdən gələn təşəbbüs üzərində qurulmalıdır. Amma, təşəbbüsün də maddi qarşılığı olarsa, dövlət bunu ödəməyə hazırdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti