İlham Əliyev Almaniyaya etiraz etdi: `Bu, siyasi sifarişdir` (Video)
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Türkiyənin baş naziri Binəli Yıldırımla keçirdiyi mətbuat konfransında deyib.
Ölkə başçısı qeyd edib ki, bu qərar böyük erməni yalanı üzərində qəbul edilib: “Bu qərarın ötən gün qəbul edilməsinin siyasi tərəfləri var. Çox güman ki, Türkiyəyə nəisə məcbur etmək və siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə bəhanədir. Böyük dövlətlərin əlində alətə çevrilib.
Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Almaniya parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib, guya Azərbaycanda insan haqları pozulub. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı təmin edilir, azad internet mövcuddur. Azərbaycanda sərbəst toplaşmaq azadlığı var.
Bizə qarşı təxribatlar göstərir ki biz birlikdə güclü ola bilərik. Türkiyə güclənir və Türkiyənin gücü bizim gücdür. Sizin uğurlarınıza öz uğurlarımız kimi sevinirik. Bu səfər gələcək illər üçün gözəl şərait yaradacaq”,-deyə prezident çıxışı zamanı vurğulayıb.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


