Millimiz Kanada ilə bərabərə qaldı

Millimiz Kanada ilə bərabərə qaldı
  04 İyun 2016    Oxunub:1465
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün son yoxlama görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, Robert Prosineçkinin komandası bu dəfə Kanada ilə qarşılaşıb.

Oyunun ilk hissəsində milli komanda rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, topu çərçivədən keçirmək hücumçularımıza müyəssər olmayıb. İlk hissənin bitməsinə bir neçə dəqiq qalmış Kanada yığma komandası əks hücum imkanından yararlanaraq oyunda hesabı açıb. Matçda ilk qolu kanadalı Akindele Teşo vurub.

İkinci hissədə Azərbaycan millisi təşəbbüslərin sayını artırıb və 58-ci dəqiqədə Dimitri Nazarov penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda hesabı bərabərləşdirib. Oyunun sonunadək hesab dəyişməyib və yoldaşlıq görüşü 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Avstriyada ilk görüşündə Andorra ilə 0:0 bərabərə qalan yığmamız Makedoniyaya 1:3 hesabı ilə uduzub.

AzVision.az


Teqlər:





Xəbər lenti