İbrahimoviç Maurinyonun yanına getdi

İbrahimoviç Maurinyonun yanına getdi
  04 İyun 2016    Oxunub:2538
Fransanın “PSJ” klubunun və İsveç millisinin ulduz futbolçusu Zlatan İbrahimoviç komandasından ayrılır.

AzVision.az-ın “Sky Sports”-a istinadən məlumatına görə, İbrahimoviç İngiltərənin “Mançestr Yunayted” klubu ilə 1 illik müqavilə imzalayacaq.

Nəşrin iddiasına görə, İbrahimoviç “Avro 2016”-dan öncə “qırmızı şeytanlar”la rəsmi müqavilə imzalayacaq.

Transferin gerçəkləşməsində “Mançestr Yunayted”in yeni baş məşqçisi Jose Maurinyo amilinin olması istisna edilmir.

Qeyd edək ki, İbrahimoviç bu sezon keçirdiyi 48 matçda 45 qol vurub, 16 asist edib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti