İbrahimbəyov Bakıya gələsi olmadı

İbrahimbəyov Bakıya gələsi olmadı
  26 İyul 2013    Oxunub:986
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Almaniyanın “Zenit” jurnalına müsahibəsində Azərbaycanda demokratiya üçün sonadək mübarizə aparmağa hazır olduğunu bildirib.

“Azərbaycanda prezidentliyə namizədlik mənim seçimim deyil. Bildiyiniz kimi, may ayında biz geniş müxalifət koalisiyası yaratdıq və mən prezident postuna namizəd irəli sürüldüm. Qəti qərar qəbul etməyə məcbur idim. Hərçənd hakimiyyət məni həbs etməkdə hədələyir, amma mən heç nədən qorxmuram”,– deyə bildirməsinə baxmayaraq, İbrahimbəyov bildirib ki, iyulun 31-də Azərbaycana qayıtmayacaq. O, avqustun 10-dan tez gəlməyəcəyini deyib. Bəlkə də, R.İbrahimbəyov heç Azərbaycana qayıtmayacaq?

AzVision.az


Teqlər:  





Xəbər lenti