300 kq ərzaq yararsız imiş
Xidmətdən AzVision.az-a verilən məlumata görə, Səbayel rayonunun Bibiheybət, Abşeron rayonunun Mehdiabad, Xəzər rayonununu Şüvəlan, Suraxanı rayonununu Hövsan və Qum adası qəsəbələrində, eləcə də Binəqədi rayonunun Novxanı qəsəbəsindəki mağazalarda yoxlama aparıb.
Həmçinin Xızı rayonunun Giləzi qəsəbəsindəki mağazalarda köhnə və yararsız malların satıldığı bəlli olub.
Həmçinin, Abşeron rayonunun Fatmayı qəsəbəsindəki “Qazangöl" restoranında da yoxlama aparılarkən nöqsanlar aşkarlanıb.
Bundan əlavə, Mingəçevir, Ağdam, Fizuli, Xızı rayonlardakı mağazalar da yoxlanılıb. Ümumilikdə yoxlamalar zamanı 310 kiloqram köhnə, orqanizm üçün zərərli ərzaq məhsullarının satışdan çıxarılmasına qərar verilib.
AzVision.az