Hərbçilərimiz beynəlxalq tədbirdə

Hərbçilərimiz beynəlxalq tədbirdə
  06 İyun 2016    Oxunub:1834
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Müdafiə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, iyunun 6-dan 10-dək Tbilisi şəhərində (Gürcüstan) mobil təlim qrupunun əsas əlaqələndirici zabitləri üçün "NATO-da informasiya və psixoloji əməliyyatlar" mövzusunda, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı dövlətləri üçün ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə tanışlıq kursları, Kanzas ştatında (Amerika Birləşmiş Ştatları) "Saber Guardian 2016" təliminə hazırlıq tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) döyüş hazırlığı qiymətləndirmə kursu, iyunun 6-dan 24-dək Kəraçi şəhərində (Pakistan) standart əməliyyat taktikası kursu keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Bundan başqa Türkiyədə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.
İyunun 6-dan başlayan təlimdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Bolqarıstan və Gürcüstan hərbçiləri də iştirak edir. Təlim iyunun 12-dək davam edəcək.

AzVision.az



Teqlər:  






Xəbər lenti