Erməni nazir Qarabağa görə Ruhaniyə təşəkkür etdi

Erməni nazir Qarabağa görə Ruhaniyə təşəkkür etdi
  06 İyun 2016    Oxunub:3303
“İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir”
AzVision.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündə deyib.

Ruhani görüşdə bildirib ki, İran regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir.

“İran bütün problemlərin sülh yolu ilə həll olunmasının tərəfdarıdır”, - deyə Ruhani qeyd edib.

Edvard Nalbandyan isə İran prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə görə təşəkkür edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti