Kredit almaq istəyən tələbələrin nəzərinə

Kredit almaq istəyən tələbələrin nəzərinə
  06 İyun 2016    Oxunub:2345
“Tələbələrə kreditlər verilərkən universitetlər tərəfindən ayrılan yerlərdə fakültələrin nəzərə alınması kimi mexanizm olmayacaq”.
Bunu AzVision.az-a açıqlamasında Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib.

“Universitetlər tərəfindən hər hansı fakültə üzrə tələbənin seçilməsi olmayacaq. Tələləblər müraciət edərkən, Fond tərəfindən seçiləcək. Univesitetə bu haqda məlumat veriləcək ki, filan fakültə üzrə filan tələbəyə kredit ayrılacaq”.

R.Mahmud bildirib ki, iyunun 6-dan 15-ə qədər bakalavr üzrə təhsil alan tələbələrin kredit almaq üçün müraciətləri qəbul olunacaq.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub. Ona görə, məhz bu 10 universitet üzrə tələbələrə təhsil kreditləri veriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti