Dollar kreditləri ilə bağlı prezidentə məruzə olunacaq
Bu barədə AzVision.az-a millət vəkili Vahid Əhmədov bildirib.
Deputat qeyd edib ki, dollar kreditlərinə güzəştlə bağlı təkliflər prezidentə məruzə olunacaq.
“Hazırda bu məsələyə baxılır. Yəqin ki, tez bir zamanda müəyyən qərar veriləcək”.
Qeyd edək ki, millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli aprel ayının 29-da birlikdə hazırladıqları təkliflər paketini 3 ünvana - Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndəriblər.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


