Avropa İttifaqının prezidentlərin görüşündən gözləntisi

Avropa İttifaqının prezidentlərin görüşündən gözləntisi
  07 İyun 2016    Oxunub:2088
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret addım olacağına ümid edir.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Xanım M.Mard qeyd edib: “Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ üzərində işləyirlər. Əlbəttə, biz bu prosesi alqışlayırıq və ümid edirik ki, prezidentlərin növbəti görüşü - əgər iyun ayında keçirilsə - münaqişənin nizamlanması istiqamətində konkret addım olacaq”.

Onun fikrincə, Aİ üçün bu məsələ də gündəlikdə dayanan mühüm məsələdir.

Qeyd edək ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilmişdi.

AzVision.az


Teqlər:  






Xəbər lenti