Merkel birinci oldu, Sarkisyan qol açıb oynadı...

Merkel birinci oldu, Sarkisyan qol açıb oynadı...
  07 İyun 2016    Oxunub:3365
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun 6-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:


Penitensiar Xidmətə yeni rəis təyin olundu

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub.

***

Sarkisyan Azərbaycan musiqisinin səsləndiyi toyda - VİDEO

İyunun 5-də Moskvada dəbdəbəli toy mərasimi keçirilib. Erməni milyarder, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan 23 yaşlı oğlu Sarkis Karapetyana Salomeya adlı gürcü qızını alıb.

***

Rus dilində təhsil ləğv edilməyəcək - Nazirlik

Artıq bir neçə gündür ki, sosial şəbəkələr və yerli mətbuatda Azərbaycanın ümumtəhsil nməktəblərində rus dili bölməsinin ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılır. Qeyd olunur ki, son illər valideynlər arasında övladlarının rus bölməsində təhsilinə çalışanlar çoxdur.

***

Nardaranda kütləvi dava: 4 nəfər tutuldu

Nardaran qohumlar arasında kütləvi dava olub.

***

Nazarbayevi devirmək istəyən iş adamı və generallar tutuldu

Qazaxıstanın Şımkənt şəhərindən olan biznesmen Toxtar Tuleçov hakimiyyəti devirməyə çalışıb.



Bakıda leysan - VİDEO

Ötən gün Bakıda və Abşeron yarımadasında güclü yağış yağıb.

***

Təhsil haqqını ödəyə bilməyən tələbələrə güzəşt ediləcək

Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunmuş media-brifinq keçirilib.

***

Əcnəbilərin Azərbaycana gəlişi asanlaşdı

Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza alması ilə bağlı yeni prosedur qüvvəyə bu gündən minib.

***

Ermənistan sürətlə dağılır – Sarkisyandan acı etiraf

Ermənistan 2013-cü ildən Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulduqdan sonra sürətli şəkildə dağılmağa başlayıb. Bunu erməni sosioloq Karen Sarkisyan bildirib.

***

Qazaxıstanda antiterror əməliyyatı - 17 nəfər ölüb

Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror aktında ölənlərin sayı 17 nəfərə çatıb.

***

Tələbələrə nə qədər kredit veriləcək? - Şərtlər açıqlandı

Tələbələr üçün bir illik kredit maksimum 4 min manat, 4 il üçün isə 20 min manat nəzərdə tutulur”. Bu sözləri Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib.

***

Xankəndidə erməni `deputat`ı döydülər

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində Qarabağa gələn erməni general Samvel Babayanın tərəfdarlarına qarşı zorakılığa yol verilib.

***

Evlənmək istəməyən müəllimə vəhşicəsinə öldürüldü

Pakistanın Pəncab vilayətində gənc müəllimə qəddarcasına öldürülüb.

***

`Qızıma ermənipərəst demək şərəfsizlikdir` - Xalq artisti

Azərbaycanın xalq artisti Ramiz Novruz qızı stilist Şəfəqin adının ermənilərlə birgə hallanmasına etiraz edib.

***

`Azərbaycan raketdən müdafiə sisteminə görə dördüncü ölkədir` – Erməni general

“Azərbaycan ən azı 1,5- 2 il ərzində Ermənistana qarşı genişmiqyaslı hərbi müdaxilə etməyəcək. Ermənistan tərəfinin də müdafiə sisteminin möhkəmləndirilməsi üçün məhz bu qədər vaxtı var”. Bunu qondarma "Dağlıq Qarabağ Respublikası”nın sabiq “müdafiə naziri”, general Samvel Babayan (Samo) Qarabağa səfəri zamanı deyib.



Sarkisyanın iştirak etdiyi toyda Azərbaycana qarşı təxribat

İyunun 5-də Moskvada dəbdəbəli toy mərasimi keçirilib. Erməni milyarder, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan 23 yaşlı oğlu Sarkis Karapetyana Salomeya adlı gürcü qızını alıb.

***
`Məhəmməd Əli idman üçün heç nə etməyib` - Deputat Əbiyev

“1997-ci ildə Məhəmməd Əli ilə görüşümüz olub. Həmin ildə Məhəmməd Əlinin 55 yaşı ilə bağlı doğulduğu Kentukki ştatında turnir təşkil edilmişdi”. Bunu Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev deyib.

***

`Özlərini bir qarın çörəyə satırlar` - Siyavuş Novruzov

“Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV qurultayındakı proqram xarakterli çıxış zamanı diaspor nümayəndələrinə gələcək fəaliyyətlərinin əsas vektorları üzrə tapşırıq və tövsiyələrini verdi”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qrumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

***

Ermənistanın Dövlət Elm Komitəsi: `Nüvə silahımız yoxdur`

Ermənistanın nüvə silahı yoxdur və respublika onu yaratmağı düşünmür, bundan əlavə, ölkədə nüvə fizikası üzrə mütəxəssislər var. Bu barədə Ermənistan Dövlət elm komitəsinin sədri Samvel Artunyan bildirib.



İlham Əliyev Almaniyadadır - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.

***

Qarabağda döyüşən erməni könüllülərə pul veriləcək

İşğalçı Dağlıq Qarabağ rejimi “orduda” xidmət edən könüllüləri həvəsləndirmək üçün onlara pul paylamağa başlayıb.

***

`Sovetski`də 72 tarixi bina sökülməyəcək - QƏRAR

Keçmiş “Sovetski” məhəlləsində yerləşən və tarixi abidələr siyahısından çıxarılaraq sökülməsinə qərar verən 72 bina sökülməyəcək.

***

Prezident Berlində önəmli görüşlər keçirdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.

***

Merkel birinci, Klinton ikinci oldu - Ən nüfuzlu qadınlar

“Forbs” jurnalı dünyanın ən nüfuzlu qadınlarının illik reytinqini açıqlayıb.

***

3 yaşlı uşağı `dustaq edən` müdirə: ` Şəkilləri hamıya göstərdim...`

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 210 saylı bağçada pula görə uşağın tədbirdən kənarlaşdırılaraq, tək otaqda saxlanması ilə bağlı yayılan xəbər cəmiyyətdə geniş rezonans doğurub.

***

Prezident Almaniyda Qarabağı müzakirə etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

***

Orucu necə tutmalı? - Ən vacib 17 suala cavab

AzVision.az Ramazan ayında insanları nə çox düşündürən 17 sualın cavabını təqdim edir.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti