Prezident Ağdaşa 4 milyon manat ayırdı

Prezident Ağdaşa 4 milyon manat ayırdı
  26 İyul 2013    Oxunub:1017
Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılması barədə Sərəncam verib.
Sərəncamda bildirilir ki, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 4,0 (dörd) milyon manatı Ağdaş Rayon İcra Hakimiyyətinə ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Teqlər:





Xəbər lenti