Sarı şalvara görə futboldan qovuldu - İranda şok cəza

Sarı şalvara görə futboldan qovuldu - İranda şok cəza
  09 İyun 2016    Oxunub:3063
İran Futbol Federasiyasının Etika Komitəsi futbolçunu geyindiyi şalvara görə cəzalandırıb.
AzVision.az -ın məlumatına görə, İranlı futbolçu Soşa Makani 6 aylıq futboldan uzaqlaşdırılıb. Buna səbəb qolkiperin "Sponge Bob" şalvarı geyinməsidir.

O, geyindiyi şalvar ilə sosial şəbəkələrdə paylaşım edib.

Bundan sonra İran Futbol Federasiyası tərəfindən cəzalandırılan Makani ilə çıxış etdiyi klub "Persepolis" yeni müqavilə imzalamaqdan imtina edib.



Qeyd edək ki, bu, futbolçunun ilk cəzalandırılması deyil. Belə ki, 29 yaşlı qapıçı daha əvvəl çarşabsız xanımlarla foto çəkdirdiyi üçün həbs olunmuşdu.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti