Qənirə Paşayeva Şəfiqə Axundovaya mahnı yazdı

Qənirə Paşayeva Şəfiqə Axundovaya mahnı yazdı
  27 İyul 2013    Oxunub:1601
Xalq artisti Şəfiqə Axundovanın vəfat etməsi bir çox sənət adamları üzdü.
AzVision.az xəbər verir ki, milət vəkili Qənirə Paşayeva və əməkdar artist Tünzalə Ağayeva dahi bəstəkarın xatirəsinə mahnı həsr edib. Bu barədə Qənirə Paşayeva facebook səhifəsində məlumat verib.

`Bu gün mənim üçün çox ağır bir gün oldu. Çox sevdiyim, dəyər verdiyim aramızda yaş fərqi çox olsa da dostluq etdiyim sevimli Şəfiqə xanım dünyasını dəyişdi. Bütün günü ailəsi, dostları ilə birlikdə yanında oturduq çünki bu gün onunla keçirə biləcəyimiz son gün idi. Bir az əvvəl bəzi əşyaları götürmək üçün evə gəldim və dəyərli dostum Tünzalənin Ramazan ayı ilə bağlı mənə hədiyyəsini gördüm. Sözləri mənə aid olan "Ey Rəbbim!" şeirinə gözəl bir musiqi yazıb və ifa edib dəyərli bacım... Mahnı tam bitməsə də mənə göndərib bu əziz cümə günü dinləyim deyə... Bu kədərli günümdə elə gözəl hədiyyə oldu ki....Zəng etdim və Tünzalə bu mahnını Şəfiqə xanımın əziz xatirəsinə ittihaf edək dedim. Şəfiqə xanım hər zaman Allahı sevirdi, Allah da onu və mən inanıram ki, onun yeni cənəttdir! Tünzalə xanım da bilmirəm niyə amma tam hazır olmasa da onu sənə məhz bu gün göndərmək istədim dedi... Demək ki həyatda təsadüf deyilən bir şey yoxdu.... Allah sənə rəhmət etsin əziz Şəfiqə xanım! Səni heç zaman unutmayacağıq!`-deyə, millət vəkili qeyd edib.

Həmin mahnını təqdim edirik:



AzVision.az


Teqlər:  





Xəbər lenti