Şəfiqə Axundova Fəxri Xiyabanda dəfn olunacaq

Şəfiqə Axundova Fəxri Xiyabanda dəfn olunacaq
  27 İyul 2013    Oxunub:1016
Xalq artisti, bəstəkar Şəfiqə Axundova bu gün son mənzilinə yola salınacaq.
`Xalq artisti Fəxri Xiyabanda dəfn olunacaq`. AzVision.az-a bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mərhumun hansı Fəxri Xiyabanda dəfn olunması hələ məlum deyil.

Qeyd edək ki, mərhumla vida mərasimi bu gün saat 13:00-da Azərbaycan Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) baş tutacaq. Mərasim saat 15:00-dək davam edəcək.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti