Söyüş yazan saytlar bloklanacaq

Söyüş yazan saytlar bloklanacaq
  27 İyul 2013    Oxunub:1605
Rusiyanın Ailə, qadın və uşaq məsələləri üzrə komitəsi qanun hazırlayır. Qanuna əsasən etikadan kənar - ədəbsiz leksikaya görə təkcə KİV deyil, həmçinin sosial şəbəkələrdə bloggerlərin hesabları və bütövlükdə saytlar bloklanacaq.
Bu barədə komitənin rəhbəri Yelena Mizulina bildirib. Onun sözlərinə görə qanunda düzəlişlər etmək lazımdır. Sosial şəbəkələrdəki saytlar, forumlar və səhifələrdə istifadə edilən və gün ərzində silinməyən təhqiredici yazılar saytların “qara siyahısı”na salınmalı və bloklanmalıdır. Mizulina vurğulayıb ki, bu məsələ istifadəçilərin sosial şəbəkələrdəki səhifələrinə aid edilir.

“Uşaqların daxil olduğu sosial şəbəkələrdə həddindən çox ədəbsiz söyüşlərə rast gəlindiyindən bizə çoxsaylı valideynlər müraciət edib və buna görə də biz bu addımı atmalı olmuşuq. Valideynlər uşaqlarda yanlış stereotip yaranacağından narahatdırlar. Çünki uşaqlar mütəmadi olaraq sosial şəbəkələrdə rastlaşdıqları söyüşləri normal qəbul edə bilər” – Mizulina söyləyib.

Rusiyada saytların “qara siyahısı”na keçən ildən etibarən zapret-info.gov.ru nəzarət edir. Həmin sayt intihar, narkotik və ya uşaq pornosunun təbliği kimi qanunsuz məzmunlu resurslara nəzarət edir.

AzVision.az


Teqlər:





Xəbər lenti