“Borussiya” Obameyanqı satmaqdan imtina etdi

Almaniya təmsilçisi 70 milyon avro müqabilində qabonlu futbolçunu satmayacaqlarını açıqlayıb. Son zamanlar Obameyanqla "Real", "Mançester Siti" və "Mançester Yunayted" yaxından maraqlanır.
Qeyd edək ki, ötən mövsüm "Borussiya"da 49 oyun keçirən Obameyanq 39 qol vurub və 5 məhsuldar ötürmə verib.
Eldar Tanrıverdiyev
AzVision.az