Kanadada Xocalı yürüşü

Kanadada Xocalı yürüşü
  23 Fevral 2013    Oxunub:1636
Yürüş iştirakçıları kanadalı millət vəkillərini Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə çağırıblar
Kanadanın Ottava şəhərində də Xocalı soyqırımı ilə əlaqədar yürüş keçirilib. Kanada parlamentinin qarşısından başlayaraq, Ermənistanın Ottavadakı səfirliyinə kimi davam edən yürüşdə Ottava, Monreal və Toronto şəhərlərində yaşayan soydaşlarımız, eləcə də həmin şəhərlərin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Yürüş zamanı 1992-ci il fevralın 25-26-da Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən sryqırım və 1988-ci ildən davam edən işğala qarşı şüarlar səsləndirilib, Xocalı qətliamı ilə bağlı yaddaş kitabçaları paylanılıb. Yürüş iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb edərək kanadalı millət vəkillərini Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə çağırıblar.


Teqlər:





Xəbər lenti