“ Rəsul Quliyev bizə diktə edə bilməz”

“ Rəsul Quliyev bizə diktə edə bilməz”
  27 İyul 2013    Oxunub:953
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Facebook profilində müxalifətə müraciət ünvanlayaraq, onların qarşısında 4 vəzifə qoyub:

1.R.İbrahimbəyov hökmən prezident seçkisinin namizədi olmalıdır, hamı bir nəfər kimi çalışmalıdır.

2.R. İbrahimbəyov onun müdafiəsini real təşkil etdikdən sonra Bakıya gəlməlidir.

3. Bunun üçün onun Milli Şuranın bir sıra üzvüləri ilə görüşüb, real vəziyyəti müzakirə etməsi zəruridir.

4. R.İbrahimbəyovun namizədliyi qeydə alınmasa, ümumiyyətlə, prezident seçkilərinin keçirilməsinə imkan verməməliyik.

AzVision.az Rəsul Quliyevin müraciəti ilə bağlı Milli Şuranın üzvlərindən münasibət öyrənib.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, seçkilərin baykot edilməsi məsələsi Milli Şurada müzakirə olunmayacaq : “Heç kim Milli Şuranın qarşısına şərt qoya bilməz. Kimsə də öz fikrini Milli Şuraya diktə etməməlidir. Milli Şura özü seçki siyasətini müəyyənləşdirəcək .Hazırda seçkilərin boykotu ilə bağlı məsələ müzakirə olunmur”

Q.Əlibəyli bildirib ki,seçkilərin boykot edilməsi Rəsul Quliyevin şəxsi fikridir : “Siyasətlə məşğul olan adam seçkilərdə iştirak etməlidir, nəinki seçkiləri boykot etməlidir”

Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyata alınmayacağı təqdirdə, nə edəcəksiniz sualını Əlibəyli belə cavablandırıb :
“Bu, sonrakı mərhələdə müzakirə olunacaq”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirib ki, deyilənlər Rəsul Quliyevin subyektiv fikridir : “Milli Şurada seçkilərin boykot edilməsi ilə bağlı məsələ müzakirə olunmayıb”.

R.İbrahimbəyovun namizədliyi qeydə alınmasa kim olacaq sualını Həmidov cavablandırmaq istəməyib : “Bu suala cavab verməyə hazır deyiləm. Seçib-seçilmək Azərbaycan xalqının hüququdur. Azərbaycanda 9 milyonluq əhalinin 6 milyonunu namizəd görürəm. Hamısı prezidentliyə layiqdir. Bunların içərisində Əli Kərimlini, İsa Qəmbəri də görürəm. Amma bu gün Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovdur. Rəsul quliyevin fikri Milli Şuranın fikri demək deyil”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti