Türkiyə uduzdu - FOTOLAR (VİDEO)

Türkiyə uduzdu - FOTOLAR (VİDEO)
  12 İyun 2016    Oxunub:4347
Avropa Çempionatının final mərhələsində növbəti oyunlara strat verilib.
AzVision.az xəbər verir ki, "D" qrupunda keçirilən Türkiyə - Xorvatiya oyunu start götürüb.

Komandalar görüşə aşağıdakı heyətlə çıxıblar.

Türkiyə : 1. Volkan Babacan (q), 3. Hakan Balta, 6. Hakan Çalhanoğlu, 7. Gökhan Gönül, 8. Selçuq İnan, 9. Cenk Tosun, 10. Arda Turan (k), 14. Oğuzhan Özyakup, 15. Mehmet Topal, 16. Ozan Tufan, 18. Caner Erkin.

Xorvatiya: 23. Daniel Subaşiç (q), 3. İvan Ştirniç, 4. İvan Perisiç, 5. Vedran Çorluka, 7. İvan Rakitiç, 10. Luka Modriç, 11. Dario Srna (k), 14. Marselo Brozoviç, 17. Mario Mancukiç, 19. Milan Badelj, 21. Domoqoy Vida.



***

Hazırda matçda hesab açılmayıb.



***

Luka Modriçin vurduğu qolla Xorvatiya oyunda hesabı açıb.

Qarşılaşmanın ilk hissəsi xorvatların üstünlüyü ilə başa çatıb.

***

Matçın ikinci hissəsində qapılara əlavə qol vurulmayıb. Qarşılaşma Xorvatiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.







AzVision.az


Teqlər:  





Xəbər lenti