Almaniya Ukraynanı 2 qolla məğlub etdi

Almaniya Ukraynanı 2 qolla məğlub etdi
  13 İyun 2016    Oxunub:1418
İyunun 12-də futbol üzrə Avropa çempionatının “C” və “D” qruplarında üç oyun keçirilib.
AzVision.az xəbər verir ki, günün son görüşü Lil şəhərindəki “Pyer –Morua” stadionunda Almaniya və Ukrayna yığma komandaları arasında baş tutub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada sevinən tərəf Almaniya millisi olub. Əvvəlcə matçın 19-cu dəqiqəsində Şkodran Mustafi almanları hesabda irəli çıxarıb. Görüşün əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə isə Bastyan Şvaynştayqer oyunda son nöqtəni qoyub – 2:0.

Beləliklə, ilk turdan sonra Almaniya yığma komandası 3 xalla “C” qrupunda liderdir.

AzVision.az


Teqlər:





Xəbər lenti