Türkiyə matçı zamanı kapitanın atası öldü

Türkiyə matçı zamanı kapitanın atası öldü
  13 İyun 2016    Oxunub:3942
Ötən gün “Avro-2016” çərçivəsində Türkiyə ilə qarşılaşan Xorvatiya millisinin kapitanı Dario Srnanın atası vəfat edib.
AzVision.az “Gol.hr”-a istinadən xəbər verir ki, atasının ölümü barədə futbolçu oyundan sonra xəbər tutub.

Məlumata görə, Uzeyir Srna ağır xəstəlikdən əziyyət çəkirmiş. Kapitanın iyunun 17-də Çexiya ilə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, ötən gün Xorvatiya millisi Türkiyə yığması ilə qarşılaşıb və rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Oyunda yeganə qolu Luka Modriç vurub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti