Sulu qar və qar yağacaq

Sulu qar və qar yağacaq
  31 Yanvar 2013    Oxunub:929
Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
Bakı və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin tutqun, arabir yağıntılı olacağı, günün ikinci yarısında nisbətən açılacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-2, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 1-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.

Fevralın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:





Xəbər lenti