Gənclərimiz təltif olunub

Gənclərimiz təltif olunub
  27 İyul 2013    Oxunub:963
“Bakı Gənclər Klubu” İctimai Birliyi Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Region gəncləri və yerli biznes sahələrinin tələbi” layihəsini başa çatdırıb.
AzVision.az xəbər verir ki, aprelin 25-dən başlayaraq keçirilən layihənin məqsədi regionlarında işsizliyin aradan qaldırmasına, turizmin və xidmət sektorunun inkişafına, gənclərin peşə təhsilinə marağını artırmağa kömək etməkdir.

Layihə çərçivəsində keçirilən təlimlərdə masa xidmətçilərin (ofisiantların) şəxsi və formalarının gigiyenası, müasir restoranlarda istifadə olunan mebel və ağlar, masanın bəzədilməsi, müştəri ilə ünsiyyət, yemək növləri və hər bir insanın həyatında əsas rol oynayan səhər yeməyi masasının minimal və maksimal bəzədilməsi mövzularına toxunulub.

Həmçinin, layihə həyata keçirildiyi müddət ərzində müasir restoranlarda gündəlik işə hazırlanma ardıcıllığı, masanın nahara və şama “minimal-maksimal” bəzədilməsi ardıcıllığı, çoxsaylı banket növləri , “İsveç stolu”, şadlıq evlərində toyların keçirilməsi zamanı xidmətin təşkili haqqında layihə iştirakçılarına geniş məlumat keçirilib.

Layihə çərçivəsində təşkil olunmuş təlimlərdə 25 gənc iştirak edib. Layihənin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti