Rusiya “Avro-2016”dan qovula bilər

Rusiya “Avro-2016”dan qovula bilər
  14 İyun 2016    Oxunub:2638
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransada keçirilən futbol üzrə Avropa çempionatında Rusiya və İngiltərə komandalarının azarkeşlər arasında baş verən iğtişaşlarla əlaqədar Rusiya Futbol Federasiyasını 150 min avro məbləğində cərimələyib.
AzVision.az-ın məlumatına görə, bununla yanaşı Rusiya yığması `AVRO-2016`nın sonunadək şərti diskvalifikasiyaya məruz qalıb.

UEFA-nın qərarına əsasən rus tərəfdarlarının iştirakı ilə iğtişaşlar təkrarlanarsa, komanda Avropa Çemponatından kənarlaşdırılacaq.

Qeyd edək ki, hazırda rusiyalı fanatlar Fransadan ölkələrinə deportasiya olunurlar.

Xatırladaq ki, Avropa çempionatında B qrupunda keçirilən ilk turda Rusiya və İngiltərə yığmaları arasında oyun 1:1 hesabı ilə başa çatıb. Oyun başa çatandan sonra 30 rusiyalı azarkeş ingilis azarkeşlərə hücum çəkib, onların əllərindəki bayraqları cırmağa çalışıblar. Şəhərdə də azarkeşlər arasında toqquşma qeydə alınıb. Olaylar zamanı 31 nəfər xəsarət alıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti