“Formula-1” əfsanəsi Azərbaycana heyran qalıb
Pilot Bakının bir çox görməli yerlərini gəzdiyini, şəhərin Qərb ilə Şərqin ahəngdarlığını təşkil etdiyini, paytaxt sakinlərinin gülərüz və mehriban olduğunu vurğulayaraq deyib: “Azərbaycanın çox zəngin tarixi və mədəniyyəti var. Ölkənizə səfərim zamanı xalçalarınızla tanış oldum. Doğulduğum İspaniyada da xalçaçılıq ənənəsi var. Ancaq Azərbaycan xalçaları özünəməxsusluğu ilə seçilir, naxışları isə çox gözəl və fərqlidir. Səfər etdiyim ölkələrdə hər zaman oranın mədəniyyəti ilə maraqlanıram. Deyə bilərəm ki, sizin ölkəniz zəngin adət-ənənəyə malikdir. Mətbəxiniz isə xüsusilə fərqlənir. Qonaqpərvərlik hər bir insanın üzündən hiss olunur”.
Komanda olaraq cari mövsüm dünya çempionatında ilk onluqda yer aldıqlarını bildirən pilot həmişə hədəflərinin qələbə olduğunu deyib: “Bu mövsümdə komandada bəzi problemlər var idi. Ancaq biz bunları yoluna qoyduq. Bütün səylərimiz məhz çempionluq üçündür. Ümid edirəm ki, “McLaren” gələn il çempion olacaq”.
Fernando Alonso Bakı Şəhər Halqasının digər şəhər treklərindən fərqləndiyini deyib. Bildirib ki, Bakı trekinin bir çox özəlliyi var. Bu trekdə düz xətt boyunca 2 kilometrlik məsafə var ki, burada bolidlər saatda 340 kilomter sürətlə hərəkət edəcəklər. Həmçinin sərt döngələr var. Bu döngələrdən keçərkən pilotlardan yüksək dəqiqlik tələb olunur.
AzVision.az
Teqlər: