Ziyafət Əsgərov Pekinə dəvət olunub

Ziyafət Əsgərov Pekinə dəvət olunub
  23 Fevral 2013    Oxunub:1593
Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Çin Xalq Respublikasının Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin dəvəti ilə Pekinə yola düşüb.
Məlumata görə, nümayəndə heyətinə Milli Məclisin deputatları Siyavuş Novruzov, Əliağa Hüseynov, Rauf Əliyev və Əli Məsimli daxildirlər.
Səfər müddətində Milli Məclisin deputatları Pekin şəhərində Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin rəhbəri, Sian və Şanxay şəhərlərində isə qurumun buradakı nümayəndəliklərinin rəhbərləri ilə görüşlər keçirəcəklər. Keçiriləcək görüşlərdə iki ölkə arasında qarşılıqlı münasibətlərin, həmçinin parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti Şanxayda Ekspo və Şəhər Planlaşdırma sərgilərinə baxacaq, Triumf Beynəlxalq Mühəndislik şirkəti ilə tanış olacaqdır. Milli Məclisin deputatları Çinin tarixi şəhərlərində də gedəcək, Böyük Çin Səddini seyr edəcək, bu ölkənin qədim və görməli yerləri ilə tanış olacaqlar.
Səfər martın 4-də başa çatacaq.


Teqlər:





Xəbər lenti