Sabah yağış yağacaq
AzVision.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan aldığı məlumata görə, havanın temperaturunun gecə 19-23°, gündüz 25-30° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında havanın temperaturunun gecə 17-22°, gündüz 25-30° isti olacağı gözlənilir. Şimşək çaxacaq, arabir yağış yağacaq.
Dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.
AzVision.az
Teqlər: