İngiltərə son anda qələbə qazandı

İngiltərə son anda qələbə qazandı
  16 İyun 2016    Oxunub:1773
Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
AzVision.az xəbər verir ki, “B” qrupunda mübarizə aparan İngiltərə Uels yığması ilə qarşılaşıb.

İlk oyunda Rusiya ilə 1:1 hesablı bərabərə qalan İngiltərə millisi Uelsə çətinlikə qalib gələ bilib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda ingilislər daha fəal olsalar da, hesabı uelslilər açıblar. Matçın 42-ci dəqiqəsində Uels yığmasının lideri Qaret Beyl cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb. Komandalar fasiləyə bu hesabla yollanıb.

Fasilədən sonra ingilislər 56-cı dəqiqədə hesabı bərabərləşdiriblər. Əsas vaxta əlavə edilən 3 dəqiqəlik hissənin ikinci dəqiqəsində Starric ingilislərin qələbə qolunu vurub – 2:1. Bununla da ingilislər gərgin keçən matçda çətinliklə də olsa qalib gələ biliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti