İlin futbolçusu seçildi

  28 İyul 2013    Oxunub : 456
İlin futbolçusu seçildi
Almaniyanın "Bavariya" futbol klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger ölkədə ilin futbolçusu seçilib.
"Kicker" dərgisinin hər il təşkil etdiyi ilin futbolçusu seçimlərində birinci olan Şvaynştaygeri eyni komandadan Frank Riberi ikinci, Tomas Müller isə üçüncü sıradan təqib edir.

Ən yaxşı məşqçi adı da münhenlilərə məxsusdur. Belə ki, Bundesliqa və UEFA Çempionlar Liqasının qalibi olan və Almaniya kubokunu qazanan Yup Heynkes ilin baş məşqçisi seçilib.Trend-in məlumatına görə, Şvaynştayger ilin futbolçusu seçilməsinin özü üçün sürpriz olduğunu bildirərək bundan məmnun olduğunu deyib.

Teqlər: